RU

Analitik: Paşinyan tək qalıb və onun komanda üzvlərini sınağa çəkməsi ciddi məsələdir

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası və İdarə Heyətində kifayət qədər ciddi dəyişikliklər gözlənilir. Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. Hakim partiyadan erməni nəşrinə bildirilib ki, Baş nazir Nikol Paşinyan partiyanın İdarə Heyətinin tərkibini yuxarıdan aşağıya dəyişmək niyyətindədir:
“Ermənistan baş naziri qarşıdakı seçkilərə tam yenilənmiş komanda ilə qatılmaq istəyir. Buna görə də, Paşinyan “Vətəndaş Müqaviləsi”nin İdarə Heyətinin iclaslarında partiya üzvlərinin davranışlarını, onlarla bağlı müxtəlif iddiaları və korrupsiya ilə bağlı müxtəlif açıqlamaları müzakirə etmək qərarına gəlib. Yəni Nikol Paşinyan partiya üzvlərini imtahana çəkir. Kim o sınaqdan keçsə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində Paşinyanla birlikdə iştirak edəcək. Məlumata görə, Nikol Paşinyanın artıq kimlərin onunla yolu davam edəcəyi barədə dəqiq siyahısı var. Hakimiyyətə yaxın mənbələrimiz bildirirlər ki, onlara əsasən partiyanın hazırkı deputatları daxildir”. “Joqovurd” Ermənistan baş naziri gələn il keçiriləcək parlament seçkilərində qələbəni bəri başdan təmin etmək niyyətindədir.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a söyləyib ki, Paşinyanın qələbə qazana bilməməsi üçün ciddi səbəb yoxdur: 

“Serj Sarkisyan, Robert Köçəryan və onlara bənzər qüvvələr tükənmiş siyasətçilərdilər. Onların arxasında ciddi seçici kütləsi yoxdur. Ona görə də Nikol Paşinyan hazırda meydanda təkbaşına oynayır. Vaxtilə Baqrat Qalstanyan adlı keşiş ortaya çıxarmışdı. Baqrat Qalstanyan Azərbaycanı hərakat başladacağını deyərək Ermənistanda populyarlaşmaq istəyirdi, lakin rəzil olub ortalığdan çəkildi. Paşinyan indi tək qalıb və onun komanda üzvlərini sınağa çəkməsi ciddi məsələdir. Çünki məmurlar, ayrı-ayrı siyasi xadimlər vəzifədə uzun müddət qalanda arxayın olurlar və səhvlərə yol verirlər. Ona görə də komandaya yeni nəfəs gətirmək vacibdir. Hesab edirəm ki, Paşinyan Prezident İlham Əliyevin təcrübəsinin faydalı olduğunu görərək belə addımlar atır. İlham Əliyev zaman-zaman nazirləri, məmurları, komandasının üst eşelonunu dəyişir və yeni qüvvələr cəlb edir. Bu isə köhnə kardların ehtiyata alınması və yeni nəslin yetişdirilərək irəli çəkilməsi baxımından faydalıdır. Azərbaycan sözügedən proses nəticəsində müsbət dəyişikliklərə nail olub”.
Избранный
0
sherg.az

1Источники