RU

Qriqoryandan XƏBƏRDARLIQ: “Bu, milli təhlükəsizliyimizə təhdiddir”

“Biz korrupsiyanı milli təhlükəsizliyimizə təhdid hesab edirik”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bəyan edib ki, Təhlükəsizlik Şurasının ofisi korrupsiya ilə bağlı bütün media nəşrlərini toplayır.

“Biz korrupsiya ilə bağlı bütün məlumatları, həmçinin mətbuatda dərc olunanları toplayırıq, hesabat hazırlayıb baş nazirə təqdim edirik”.

“Bu cür nəşrlərin toplanması ilə Təhlükəsizlik Şurasının nə əlaqəsi var?” sualına Qriqoryan belə cavab verib:

“Biz korrupsiyanı milli təhlükəsizliyimizə təhdid hesab edirik”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
0
konkret.az

1Источники