RU

Serbiya prezidentinin təyyarəsi Bakıda niyə endi?

Serbiya prezidenti Aleksandr Vuciçin Moskvaya uçan təyyarəsi Bakıda eniş edib.

Bunun səbəbi barədə hələ ki, rəsmi açıqlama yoxdur, amma Serbiya mediası yazır ki, təyyarə döyüşlərə və Moskvada aviaməlumatların kəsilməsinə görə eniş edib.

Tass agentliyi isə xəbər verib ki, təyyarə yanacaq doldurmaq üçün Bakıda eniş enib.

Serbiya liderinin təyyarəsi səhər saatlarında Belqraddan çıxıb, Bakıda bir saat vaxt keçirib və sonra Moskvaya yola düşüb.

Avropa məmnun deyil

Vuciç Moskvaya 9 may qələbə paradında iştirak etmək üçün gedib. O bu tədbirdə olmaq üçün Rusiya paytaxtına səfər edən çox azsaylı Avropa liderlərindəndir. Avropa İttifaqı ona xəbərdarlıq edib ki, Moskvaya səfərin nəticələri xoş olmaya bilər. 2012-ci ildən bəridir ki, Serbiya Avropa İttifaqına namizəddir.

Vuciçin Prezident Vladimir Putinlə münasibətləri yaxşıdır.

Ötən həftəsonu Vuciç ABŞ səfərini yarımçıq qoyaraq ölkəsinə dönüb, Reuters yazır. Onun ABŞ Prezidenti Donald Trampla görüşəcəyi gözlənsə də, bu görüş baş tutmayıb. Rəsmi məlumatlara görə, o xəstələndiyi üçün geri qayıdıb. Amma bir neçə gün sonra onun həkimləri artıq vəziyyətinin yaxşılaşdığını və işə qayıda biləcəyini deyiblər.

Latviya, Litva Vuciçə icazə vermədi

Adətən AirSerbia hava yolları Belqraddan Moskvaya Macarıstan, Slovakiya, Polşa, Litva və Latviya üzərindən uçur. Ancaq Vuciçin səfərindən öncə Litva və Latviya Serbiya prezidentinin təyyarəsinə öz hava məkanlarından istifadə etməyə icazə verməyib.

Ukrayna ilə başladığı müharibə ucbatından Rusiyanın Avropa ölkələrilə münasibətləri yaxşı deyil.

Избранный
0
bbc.com

1Источники