AFFA İntizam Komitəsi U-15 Qızlar Liqasında mübarizə aparan "Ümid” (Gəncə) komandasının köməkçi məşqçisi Hürzad İsmayilovanı cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul olunub.
Qərarda bildirilib ki, AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində “Şəfa” ilə oyunun 36-ci dəqiqəsində “Ümid” (Gəncə) komandasının köməkçi məşqçisi Hürzad İsmayilova rəqib futbolçunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 5 matçlıq cəzalandırılsın.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта