RU

Almaniya faşizmdən qurtulmanın ildönümünü qeyd edir

Bu gün Almaniyada İkinci Dünya Müharibəsinin Avropada başa çatmasının və Almaniyanın nasional-sosializmdən azad edilməsinin 80 illiyi ilə bağlı rəsmi anım tədbirləri keçirilir.

Herbiand.az “Alman Dalğası”na istinadən xəbər verir ki, əsas tədbirlər Berlində səhər Kayzer Vilhelm Memorial Kilsəsində ekumenik ayinlə başlayıb.

Bütün beş konstitusiya orqanının rəhbərləri - Federal Prezident Frank-Valter Ştaynmayer, Almaniyanın yeni kansleri Fridrix Merz, Bundestaqın sədri Julia Klöckner, Bundesratın sədri Anke Rehlinger və Federal Konstitusiya Məhkəməsinin sədri Stefan Harbart mərasilmərdə iştirak edir.

Kilsə mərasimindən sonra hər beş lider Almaniyada müharibə və zülm qurbanlarının xatirəsinə ucaldılmış əsas abidə - Neue Wache abidəsinin önünə əklil qoyub.

Daha sonra tədbirlər Bundestaqda davam etdirilib.

Избранный
0
herbiand.az

1Источники