RU

"25 Hindistan PUA-sı zərərsizləşdirildi"

Pakistan Hindistanın atdığı PUA-ın zərərsizləşdirildiyini açıqlayıb.

News24.az xəbər verir ki, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentindən (ISPR) edilən açıqlamada Hindistanın Pakistana qarşı PUA hücumları təşkil etdiyi bildirilib. 

Açıqlamada Pakistan ordusunun indiyədək Hindistana aid 25 "Harop" PUA-nı vurduğu və onların qalıqlarının ölkənin müxtəlif bölgələrindən toplanması prosesinin davam etdiyi qeyd edilib.

Onu da bildirək ki, Lahor şəhərinə PUA-nın hücumu nəticəsində 4 Pakistan əsgərinin yaralandığı, Sind əyalətinin Miano bölgəsində isə 1 mülki vətəndaşın yaralandığı, 1 mülki vətəndaşın öldüyü məlumatı paylaşılıb.

Günel Məlikzadə


Избранный
0
news24.az

1Источники