RU

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və əməkdaşların xarici dil bacarıqlarının inkişafı və tədrisin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılması istiqamətində daha bir əlamətdar addım atılıb.

AzEdu.az xəbər verir ki, 2025-ci ilin 8 may tarixində “Cambridge University Press & Assessment” təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi ITAC (International Training And Assisment Center) rəhbəri MDU-da olub. Görüş zamanı MDU və ITAC arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Protokol çərçivəsində tərəflər tədris planlarının və fənn sillabuslarının Cambridge standartlarına uyğunlaşdırılması, tələbə və müəllimlərin TKT (Teaching Knowledge Test) və digər “Cambridge Qualifications” imtahanlarında iştirakı, habelə ingilis dili ixtisası üzrə fənn proqram və sillabuslarının birgə hazırlanması və təkmilləşdirilməsi istiqamətində razılığa gəlinmişdir.

Həmçinin İmtahanlarda yüksək nəticə göstərən 5 tələbə və 2 müəllimin Londonda Yay məktəbində təkmilləşdirmə kursunda Universitet hesabına iştirakı nəzərdə tutulub. MDU-nun rektoru Anar Eminov və ITAC-ın direktoru Həsrət Şıxbabayev tərəfindən imzalanan sənəddə, müəllimlərin peşəkar inkişafı, qiymətləndirmə strategiyaları, nəticə əsaslı təhsil və rəqəmsal resursların inteqrasiyasına dair bir sıra təlimlərin təşkili nəzərdə tutulub.

Bununla bağlı “Cambridge University Press & Assessment” təşkilatının rəsmi sertifikatı universitetə təqdim olunub. Əməkdaşlıq çərçivəsində MDU-da “Cambridge Resurs Mərkəzi”-nin yaradılması, rəsmi Cambridge imtahanlarının universitetdə təşkili, eləcə də regionun digər təhsil müəssisələri ilə genişmiqyaslı təlimlərin həyata keçirilməsi planlaşdırılır.

Избранный
0
2
azedu.az

3Источники