RU

"Mayın 9-da Moskvada keçiriləcək parad riyakarlıq, yalan və qəzəb aktı olacaq" - Zelenski

 
"Onlar üçün büt Qırmızı Meydandakı baba, bizim üçün isə aramızda olan qəhrəmanlardır..."
 
"Rusiya döyüş meydanında, diplomatik arenada və iqtisadi sahədə mübarizə aparılmalı olan bir şərdir ki, "bir daha əsla" ifadəsi həqiqətən gerçəyə çevrilsin, yoxsa dünya Rusiyanı denasifikasiya və demilitarizasiya etməli olacaq".
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski İkinci Dünya müharibəsində nasizm üzərində qələbə günü münasibətilə etdiyi çıxışında bəyan edib. Məlumatı "uatv.ua" nəşri yayıb.
 
O, xatırladıb ki, üç il öncə, 2022-ci il fevralın 24-də Kiyev üzərində yenidən hava hücumu siqnalı səsləndi və şər Ukrayna torpaqlarına daxil oldu.
 

 

 
Prezident vurğulayıb ki, rusiyalılarla ukraynalılar arasında fərq var: "Bu fərqi Rusiya hər il 9 mayda göstərir, bu, Müstəqillik Meydanında həyatla Qırmızı Meydandakı qorxu paradı arasındakı fərqdir. Tank karvanları, qatil dəstələri, kütləvi səhnə üçün geyindirilmiş adamlar, bu yürüşü yuxarıdan qəbul edən yarımcan üzlər. "Təkrar edə bilərik" adlı bir sekt. Siz bütün bu şəri təkrar etdiniz. Ukrayna və bütün dünya bunu gördü".
 
Zelenski əlavə edib ki, sabah nasistlərin vəhşilikləri barədə danışanlar Buçada kütləvi məzarlıqların təşkilatçıları olacaq, Leninqrad blokadasından isə Mariupolun blokadasını törədənlər bəhs edəcək.
 
"Bu, riyakarlıq paradı olacaq. Başqa ad qoymaq olmaz. Qəzəb və yalan paradı. Elə bil ki, nasizmi onlarla müttəfiq dövlət yox, şəxsən Putin məğlub edib. Sanki o, öz əlləri ilə Berlində Reyxstaq üzərində Qələbə bayrağını qaldırıb. Şükürlər olsun ki, Ukrayna bu bataqlıqdan çıxdı və unutmadı: 80 il əvvəl nasizmə qarşı onlarca xalq mübarizə aparıb və təəssüf ki, bu mübarizədə 8 milyondan çox ukraynalı həlak olub", - prezident qeyd edib.
 
Zelenski bildirib ki, onun babası da müharibədə iştirak edib. Eyni zamanda əlavə edib ki, bu gün demək olar hər ukraynalı ailədə yeni şərə qarşı mübarizə aparmış və ya aparan bir qəhrəman var.
 
Prezident Kiyevdə Müstəqillik Meydanında Rusiya-Ukrayna müharibəsində həlak olanların xatirəsinə ucaldılmış guşəni göstərib. Orada Ukrayna bayraqları dalğalanır, həlak olanların portretləri və şamlar qoyulub. Zelenski meydanda insanlarla görüşüb, söhbət edib, "Ukraynaya eşq olsun" və "Qəhrəmanlara eşq olsun!" təbriklərinə cavab verib.
 
O, deyib: "Bu, şərlə aramızdakı uçurumun daha bir sübutudur. Onlar üçün büt milyonların ölümünə səbəb olmuş Qırmızı Meydandakı baba, bizim üçün isə  aramızda olan qəhrəmanlardır". O, vurğulayıb ki, hər bir ukraynalı qələbənin gəlməsini istəyir.
 
"Biz bunun uğurda mübarizə aparırıq və anlayırıq: ya Rusiya kökündən dəyişməlidir, ya da dünya dəyişməli olacaq. Amma dünya 80 il əvvəl bunu edib, hamıya aydın olub ki, şəri sakitləşdirmək mümkün deyil, ona qarşı vuruşmaq lazımdır", - Zelenski əlavə edib.
 
Moskvada  parad
 
Britaniyanın “Times” qəzetinin icmalçısı Rocer Boyes qeyd edir ki, Rusiya diktatoru Vladimir Putin Moskvadakı 9 may paradını Kremlin hələ də güclü olduğunu sübut etmək üçün təqdim etmək istəyir.
 
O, yazır ki, Putinlə müttəfiq olan liderlər mayın 9-da Qırmızı Meydanda toplaşacaq, ukraynalı pilotsuz təyyarənin Moskva hava hücumundan müdafiəsini yara biləcəyindən ehtiyat edərək ehtiyatla göyə baxacaqlar.
Избранный
0
moderator.az

1Источники