RU

Sənaye parklarının rezidentləri indiyədək 511 milyon manatdan çox vəsaitə qənaət ediblər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafıAgentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiqedilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlərbu günə qədər 511 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.

Məlumata görə, sözügedən güzəştlər nəticəsində rezidentlər təkcəbu ilin yanvar-mart aylarında isə 7,3 milyon manat vəsaitə qənaətedilib.

Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyataalındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq vəmənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləritexnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanıəlavə dəyər vergisindən, eləcə də gömrük rüsumundan azad edilirlər.Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılmış sənayezonalarında fəaliyyət göstərən sahibkarlar da istehsal prosesindəistifadə etdikləri bir sıra xammal və materialların idxalına görə10 il müddətinə əlavə dəyər vergisindən azad ediliblər. Bununlayanaşı, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 ilmüddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrikenerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılmasıxidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faiziqədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımıödənilir.

Избранный
0
az.trend.az

1Источники