BAKI, 8 may. TELEQRAF
Xəbər verdiyimiz kimi, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin seçkili orqanları yenidən formalaşdırılıb. Hazırda qanunvericilikdə nəzərdə tutmuş qaydada qəbul edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınma prosesi davam edir.
Qurumdan Teleqraf-a bildirilib ki, buna baxmayaraq, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş Dövlət Qeydiyyatı haqqında Reyestrdən çıxarışa əsasən “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin seçkili İcra Orqanlarının səlahiyyətləri 20.05.2025-ci il tarixədək qüvvədədir.
O da qeyd edilib ki, 20.05.2025-ci il tarixdən sonra “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyyətinin adından çıxış edən şəxslər səlahiyyətsizdir. Birliyin İdarə Heyyətinin sədrinin və üzvlərinin adından çıxış edilməsi cinayət xarakterli əməl olaraq, vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsənilməsi kimi qiymətləndirilərək, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquq mühafizə orqanlarına müraciət ediləcək.