RU

“Üzvi sintezdən praktikum” dərs vəsaiti çap olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları dosent Nizami Əkbərov, dosent Nazani Novruzova və dosent Gülnarə Babayevanın “Üzvi sintezdən praktikum” adlı dərs vəsaiti Elmi şuranın qərarı ilə çapdan çıxıb.

Bu barədə TƏHSİL.BİZ -ə kitabın rəyçisi ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov bildirib.

“ADPU-nun yeni tədris proqramlarına uyğun olaraq hazırlanmış dərs vəsaiti üzvi sintez laboratoriyalarında əsas iş prinsipləri, təhlükəsizlik qaydaları, əsas cihaz və avadanlıqlar və maddələrin identifikasiyası haqqında nəzəri məlumatları əhatə edir. Elmi redaktoru dosent Ədilə Mahmudova olan dərs vəsaiti kimya və biologiya ixtisasları üzrə təhsil alan tələbələr və doktorantlar, müəllimlər, elmi işçilər üçün dəyərli mənbədir”, - deyə Ə. Zalov əlavə edib.

 

Избранный
0
tehsil.biz

1Источники