RU

Probasiya tətbiq edilən daha 43 uşağın qiymətləndirilməsi aparıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi probasiya nəzarəti tətbiq edilən şəxslərin sosial mühitə adaptasiyası məqsədilə daha 43 uşağın sosial-psixoloji qiymətləndirilməsini aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən qiymətləndirmə zamanı həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidməti də göstərilib.

Qiymətləndirmənin nəticələrinə əsasən, növbəti mərhələdə bu yeniyetmələrin sosial-psixoloji yardım xidmətlərinə cəlb olunması nəzərdə tutulub.

Göstərilən xidmətlər çərçivəsində şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və sosial bacarıqlarının formalaşdırılmasına müvafiq dəstək göstərilir.

Qeyd edək ki, probasiya əsasən insan hüquqlarına hörmət, şəxsiyyətə alçaldıcı davranışlardan çəkindirən bir yanaşma formasıdır. Ümumiyyətlə, probasiya nəzarəti dedikdə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli alternativ tədbirlər sistemi nəzərdə tutulur.

Избранный
0
4
teleqraf.com

6Источники