RU

Əhməd Şaraa Trampla danışmaq üçün Səudiyyə Ərəbistanındakı fürsətdən istifadə edəcək -RƏY

Suriya Prezidenti Əhməd Şaraa İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən qurulması proqramını təklif edən ABŞ-nin keçmiş dövlət katibi Corc Marşalın adını daşıyan Marşal Planına bənzər yenidənqurma ilə bağlı təklifini bölüşmək üçün amerikalı həmkarı Donald Trampla görüşmək istəyir. Bu barədə “The Wall Street Journal” Suriya rəsmilərinə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, Şaraa yenidənqurma məsələsində ABŞ və Avropa şirkətlərini Çindən üstün tutur. Suriyanın yeni hökumətinin Birləşmiş Ştatlarla güclü strateji əlaqələrə can atdığı bildirilir. Şaraa Trampın Körfəz ölkələrinə gözlənilən səfəri zamanı onunla görüşmək istəyir. Suriya liderinin artıq bu barədə Ağ Evə müraciət etdiyi qeyd olunur.

Politoloq Sultan Zahidov Sherg.az-a bildirib ki, Suriya Bəşər Əsəd dövründə uzun illər ərzində sanskiyalara məruz qalıb:

“Bu isə ölkənin təbii şəkildə inkişafına maneə olan amillər sırasındadır. İndi isə Əhməd Şaraa çalışır ki, ölkəsinin Qərblə və İsraillə münasibətlərinə dəyişiklik gətirsin. Əhməd Şaraa əvvəlki çıxışında İsraillə münasibətləri yaratmağa hazır olduğunu söyləmişdi. Hətta “İbrahim sazişləri”nə hazır olduqlarını bildirmişdi. Onun üçün vacib məsələ ölkəsinin bərpası, qaçqınların qayıtması, yenidənqurma işlərinin təmini və ərazi bütövlüdür. Əhməd Şaraa eyni fikirləri dünən Parisdə Emmanuel Makronla görüşü zamanı da dilə gətirdi. Donald Trampın gələn həftə Yaxın və Orta Şərqə səfəri planlaşdırılır və Səudiyyə Ərəbistanı ilə böyük saziş imzalayacaq. Düşünürəm ki, Əhməd Şaraa Trampla danışmaq üçün Səudiyyə Ərəbistanındakı görüşdən fürsət kimi istifadə edəcək. Əsas məqsəd Amerika tərəfində Suriyaya qarşı olan sanskiyaların aradan qaldırılmasıdır. Eyni zamanda ABŞ-nin Suriyanın bərpasına yardımlar göstərməsi də buraya daxildir. Digər tərəfdən İsrailin Suriya siyasətində dəyişikliyin olması da məqsədə daxildir. İsraillə Suriya arasında gərginlik son zamanlar səngimək bilmir. Həmçinin Donald Tramp Çinə qarşı da ikinci dərəcəli sanksiyalardan istifadə edir. Əhməd Şaraa isə deməyə çalışır ki, sanksiyaların aradan qaldırılması üçün Çinlə araya məsafə qoyaraq Amerika şirkətlərinin buraya gəlməsinə belə razıdır”.
Избранный
0
sherg.az

1Источники