RU

KİV: Pakistan Hindistan qırıcılarını Çin raketləri ilə vurub

BAKI, 8 may. TELEQRAF

Pakistan Hindistan qırıcılarını Çinin J-10C qırıcı təyyarəsinin daşıdığı yeni uzaqmənzilli PL-15E raketi və JF-17 döyüş təyyarələri ilə vurub.

Teleqraf xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb.

Hindistan nəşri xatırladır ki, mayın 6-dan 7-nə keçən gecə Hindistanın hücumu zamanı Pakistan Hərbi Hava Qüvvələri qarşı tərəfə məxsus təxminən 5 təyyarəni vurub. Vurulan qırıcılardan 3-ü Fransa istehsalı “Rafale”, digər ikisi isə Rusiyadan alınmış MiQ-29 və Su-30-dur.

Təyyarələrin vurulmasından sonra mütəxəssislərin diqqətini Çinin uzaqmənzilli hava-hava tipli raketi PL-15-ə aid fraqmentləri cəlb edib.

Bu raketin ixrac versiyası 145 km mənzilli PL-15Edir. Bunun Hindistan təyyarələrinə qarşı istifadə edildiyi bildirilir.

Избранный
0
teleqraf.com

1Источники