RU

“Konstitusiya və Suverenlik İli” ilə bağlı məlumatlandırma saatı keçirilib

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar, İqtisadiyyat Nazirliyinin 07.04.2025-ci il tarixli 3-21/3-1-F-54/2025 nömrəli əmri ilə Nazirlik tərəfindən həyata keçiriləcək Tədbirlər Planı" təsdiq edilib və görüləcək tədbirlərdən biri kimi "Konstitusiya və Suverenlik” mövzusunda “Məlumatlandırma saatı”nın keçirilməsi qərara alınıb.

7 may 2025-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində bütün struktur bölmələrin əməkdaşlarının və rəhbər heyətin iştirakı ilə “Məlumatlandırma saatı” keçirilib.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Baş İdarənin rəisi Kənan Quliyev dövlət başçısının imzaladığı sərəncamın əhəmiyyətini və vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır.

Baş İdarənin Hüquq və daxili nəzarət şöbəsinin rəisi Tural Vəliyev müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasında, qəbul edilməsində və dövlətin konstitusion quruluşunun möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz rolu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, konstitusiyada əksini tapmış dövlət hakimiyyəti, insan və vətəndaş hüquq və azadlıqları mövzusunda ətraflı məlumat verib.

Sonda Baş İdarənin rəisi Kənan Quliyev dövlətçiliyimizin bərpasında və qorunmasında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız naminə əsasını qoyduğu müqəddəs amallara sadiqliyin və onun layiqli davamçısı Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu ümdə tapşırıqların icrasında qətiyyətli olmağın vacibliyini bir daha şəxsi heyətin nəzərinə çatdırıb.

Избранный
0
vergiler.az

1Источники