RU

ÇXR Müdafiə Nazirliyi: ABŞ Asiya-Sakit Okean regionunu barıt çəlləyinə çevirmək istəyir

Bakı, 8 may, AZƏRTAC

Vaşinqton Çini cilovlamaq üçün Asiya-Sakit okean ölkələrindən istifadə etməyi və regionu barıt çəlləyinə çevirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Birləşmiş Ştatlar eqoist maraqlarına əsaslanaraq, öz hegemonluğunu qorumaq üçün Çindən dəfələrlə bəhanə kimi istifadə edib. Bu, region xalqlarının təhlükəsizliyini və rifahını ciddi şəkildə pozacaq, Asiya-Sakit okean regionunu isə barıt çəlləyinə çevirəcək... ABŞ-la düşmənçilik etmək təhlükəli, dostluq etmək isə ölümcül ola bilər. Biz region ölkələrinə canavarları evlərinə dəvət etməməyi, onların əlində alətə çevrilməməyi, çətinliklə qazanılan sülh və sabitliyi pozmamağı tövsiyə edirik”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ABŞ Hind-Sakit okean regionunda qüvvələr balansını dəyişmək üçün Filippində NMESIS raket sistemləri yerləşdirib.

 

Избранный
0
2
azertag.az

3Источники