RU

İnsanlar buna görə piyada keçidlərindən istifadə etmir – İLGİNC DETALLAR

Piyada keçidləri yalnız bir infrastruktur elementi deyil, həm də insanların həyatını qoruyan əsas mexanizmlərdəndir. Hər bir keçidin öz üstünlükləri və çatışmazlıqları var. Lakin düzgün planlaşdırma və səmərəli idarəetmə ilə bu keçidlərdən daha geniş və təhlükəsiz şəkildə istifadə etmək mümkündür

Maraqlıdır, insanlar piyada keçidlərindən niyə istifadə etmir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, Bakıda və ölkənin digər iri şəhərlərində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif tipli keçidlər mövcuddur: yerüstü, yeraltı və eyni səviyyəli piyada keçidləri var.

Taksilərin

Hər biri şəhər planlamasında vacib rol oynasa da, onların istifadəsi ilə bağlı bəzi problemlər və fərqli tendensiyalar müşahidə olunur.

“Ən çox istifadə olunan eyni səviyyəli keçidləridir. Bu keçidlər yolun hər iki tərəfində yerləşdirilən işıqforlarla tənzimlənir və piyadalar üçün daha əlçatan və rahatdır. İnsanlar çox vaxt tənbəllik etdikləri və ya tələsdikləri üçün bu keçidləri seçirlər. Üstəlik, bəzi hallarda yerüstü və yeraltı keçidlər kifayət qədər rahat yerləşdirilmədiyi və ya baxımsız olduğu üçün sakinlər tərəfindən istifadə edilmir”.

Ekspert qeyd edir ki, bəzi vətəndaşlar yerüstü keçidlərdən istifadə etməməyə üstünlük verir. Onların fikrincə, pilləkənlərə qalxmaq vaxt və enerji itkisinə səbəb olur.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
0
konkret.az

1Источники