RU

Ermənistandan sülh sazişi ilə bağlı açıqlama: İrəliləyiş yoxdur

BAKI, 8 may. TELEQRAF

Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ilə bağlı danışıqlarda hazırda hər hansı irəliləyiş müşahidə olunmur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

“Əgər yeni bir şey olsa, ictimaiyyətə məlumat verəcəyik”, – o qeyd edib.

Xatırladaq ki, martın 13-də Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdığını açıqlamışdı.

Избранный
0
teleqraf.com

1Источники