RU

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) onuncu iclası keçirilib » AzadMedia.az


Danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – Samir Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – Əlirza Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Zülfiyyə Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – Mixail Petrakov) və Türkmənistan (nümayəndə heyətinin rəhbəri – Mürad Atacanov) nümayəndə heyətləri iştirak ediblər. İclasa Rusiya nümayəndə heyətinin rəhbəri M. Petrakov sədrlik edib.

Tərəflər Xəzər dənizində əsas düz xətlərinin müəyyən edilməsi metodologiyasının müzakirəsini davam etdiriblər. İclas zamanı tərəflər Xəzər dənizində əməkdaşlığa dair məsələləri nəzərdən keçirib və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

YSİQ-nin növbəti iclası diplomatik kanallar vasitəsilə razılaşdırılmış tarixlərdə Türkmənistanda keçiriləcək.
Избранный
0
2
azadmedia.az

3Источники