RU

Bakı-Təbriz reysi nə vaxtdan fəaliyyətə başlayır? - AZAL-dan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İraqın xarici işlər naziri Fuad Hüseyn və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşdə Bağdad, Ərbil və Nəcəfdən Bakıya birbaşa reyslərin bərpası və genişləndirilməsi məsələləri müzakirə olunub.

Bundan əlavə, son günlər İran və Azərbaycan arasında da birbaşa aviareyslərin bərpası və genişləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Təbriz–Bakı marşrutu üzrə uçuşların yenidən başlanması məsələsi də gündəmdədir. İranın müvafiq qurumlarının bildirdiyinə görə, bu istiqamətdə hazırda danışıqlar aparılır. Lakin uçuşların başlanma tarixi və cədvəli ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün “Yeni Sabah” AZAL-a müraciət edib. Qurumdan bildirilib ki, hazırda sözügedən məsələ ilə bağlı rəsmi məlumat yoxdur. Hər hansı yenilik olduqda ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, son dövrlərdə İraq və Azərbaycan arasında birbaşa aviareyslərin bərpası və genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb:

Bağdad–Bakı: 2023-cü ilin noyabr ayından etibarən “Iraqi Airways” bu marşrut üzrə birbaşa reyslər həyata keçirir.

Kərkük–Bakı: 2024-cü ilin fevral ayında “Iraqi Airways” Kərkükdən Bakıya birbaşa uçuşlara başlayıb.

Aytac Şahin


Telegram kanalımız
Избранный
0
yenisabah.az

1Источники