RU

H5N1 virusunun yeni ştammı – Pişiklərdən keçə bilər

ABŞ-nin Merilend Universitetinin alimləri H5N1 quş qripinin yeni və daha təhlükəli formasının meydana çıxdığını bildiriblər. Open Forum Infectious Diseases (OFID) elmi jurnalında dərc olunan araşdırmaya əsasən, virus artıq növ baryerlərini aşaraq pişiklər vasitəsilə insanlara keçə bilər.

Yenisabah.az qazeta.ru-ya istinadən xəbər verir ki, son 20 ildə 18 ölkədə – ev pişikləri və iri pişiklər də daxil olmaqla – ümumilikdə 607 yoluxma halı qeydə alınıb. Alimlərin xüsusilə narahat etdiyi məqam isə bu heyvanlar arasında yoluxmanın 90 faizlik ölümcül nəticə ilə müşayiət olunmasıdır. Virus əksər hallarda kəskin ensefalit törədir və bu, tez-tez quduzluqla səhv salınır.

Tədqiqatda göstərilir ki, pişiklər yalnız xəstə quşları yeyərkən deyil, həmçinin yoluxmuş inəklərin çiy südü və ya digər məməlilərdən də virusu ala bilirlər. Ümumilikdə insanlarda qeydə alınan 950 yoluxma halından yarısının ölümcül nəticələnməsi də virusun təhlükəliliyini artırır.

Alimlər H5N1 virusunun hava-damcı yolu ilə keçə biləcək mutasiyaya uğramasından narahatdır. Pişiklərə dair sistemli monitorinqin olmaması isə bu təhlükənin miqyasını dəqiq qiymətləndirməyə imkan vermir.

Mütəxəssislər təcili tədbir olaraq ev heyvanlarının rasionundan çiy süd və əti çıxarmağı, xəstəlik ocaqlarında pişiklərin təcrid olunmasını, fermalar və sığınacaqlarda nəzarətin gücləndirilməsini tövsiyə edirlər./BAKU.WS


Telegram kanalımız
Избранный
0
1
yenisabah.az

2Источники