RU

İzmirdə FETÖ əməliyyatı: 10 nəfər NƏZARƏTƏ GÖTÜRÜLDÜ

İzmir mərkəzdə FETÖ əməliyyatı zamanı 10 nəzarətə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Fətullahçı Terror Təşkilatına (FETÖ) mərkəzi İzmir olan 4 vilayətdə təşkil edilən əməliyyatda 10 şübhəli saxlanılıb.

İzmir Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu FETÖ istintaqlarında adları hallanan, ByLock istifadəçisi olduğu təsbit edilən, təşkilata üzv olduqları bildirilərək ardıcıl axtarış üsulu ilə təşkilati əlaqələri müəyyən edilən 10 şübhəli haqqında həbs qərarı çıxarıb.

Polis qrupları İzmirin Əliağa və Karşıyaka rayonları ilə yanaşı Ərzurum, Dənizli və Qarsda eyni vaxtda həyata keçirdikləri əməliyyatlarda 10 şübhəlini saxlayıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Избранный
0
interpress.az

1Источники