RU

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib.

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Bu barədə Operativ Media-ya nazirlikdən məlumat verilib.

Əvvəlcə polis əməkdaşları və hərbi qulluqçular ərazidə olan bitkilərə qulluq göstərib, yaşıllıq zonasında təmizlik işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış zeytun tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.

Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

Избранный
0
2
operativmedia.az

3Источники