RU

"Trabzonspor" - "Qalatasaray": Favorit hansıdır?

Bu həftəsonu Türkiyədə daha bir prinspial matç keçiriləcək. 

Belə ki, "Trabzonspor" doğma meydanında "Qalatasaray"ı qəbul edəcək. Sözügedən matç mayın 10-u saat 20:00-da başlayacaq. 

Maraqlıdır, Türkiyə derbisində hansı komanda qələbə qazanmağa daha yaxındır? 

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, bu matç çempionatın ortasında keçirilsəydi, vəziyyət tamam fərqli olardı:

"Yəni bu, çempionatın ortalarında keçirilən bir matç olsaydı "Qalatasaray" şans və futbolçu keyfiyyəti olaraq öndə görünərdi. Həmçinin, "Cim-Bom" bu matçda məğlub olacağı təqdirdə "Fənərbağça"nın onu keçmə ehtimalı olsaydı, qələbəni əldən verməzdi. Lakin bu derbiyə artıq başqa prizmadan baxmaq lazımdır.

Çünki çempionatının bitməsinə bir neçə tur qalıb. Demək olar ki, "Qalatasaray" çempionluğunu təmin edib. Bu səbəbdən də onların "Trabzonspor"un qarşısına hansı heyətlə çıxacağı sual altındadır. Hətta əsas heyətlə çıxsalar belə futbolçuların bu oyuna derbi kimi yanaşacaqları da şübhəlidir. Yəni onların var gücləri ilə oynayacaqlarına inanmıram".

372988

Ekspert bu faktorlara görə, "Trabzonspor"un qələbə qazanacağını düşündüyünü söyləyib:

"Bütün bu faktorlara görə "Trabzonspor"un qalib gəlmək şansları daha yüksəkdir. Çünki onlara Super Liqanı yüksək sırada bitirmək üçün xallar və qələbələr lazımdır. Bu, həm də Qaradəniz təmsilçisi üçün prestij matçı da sayıla bilər.

"Qalatasaray" hazırkı heyəti ilə Türkiyədə istənilən komandanı məğlub edə bilər. Sezon boynunca da bunu göstəriblər. Hesab edirəm ki, sözügedən matçda potensial olaraq "Qalatasaray" favorit görünsə də, mövcud reallıqlar "Trabzonspor"un qələbəyə daha yaxın tərəf olduğunu deməyə əsas verir".

Pərviz

Избранный
0
hit.az

1Источники