RU

Zahid Oruc: “Ulu Öndərin doğum günü, qalib Konstitusiyamızın 30 ili mübarək olsun!”

Yazını böyüt
Yazını kiçilt

“Son 30 ildə 8-10 may tarixi günlərindən keçən xalqımız faciə, qəhrəmanlıq və qürur hissini bir arada yaşayıb. Şuşanın işğalı ikinci dünya müharibəsində qalibiyyətimizə və Ulu öndərin əzəmətinə təsir edirdi. Vətən müharibəsi siyasi təqvimimizi də qara haşiyədən xilas etdi. İndi 8 may günündə ümumxalq tədbirləri 8 noyabr ruhu, şərəfi və qüruru ilə qeyd olunur”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisisn bugünkü xüsusi iclasında deputat Zahid Oruc bildirib.

Z.Oruc qeyd edib ki, Sovet imperiyasından xaos diktaturasına qədəm qoyan məmləkəti xilas edən Heydər Əliyevin dəmir ‘li uzun illər sonra Vətən müharibəsində Dəmir iradəyə çevrildi.

Z.Oruc bildirib ki, Ulu öndərin Yeni Azərbaycanı nə din dövləti İranın, nə imperiya varisi Rusiyanın, nə də tez-tez çevrilişlərə səhnə olan Türkiyənin idarəçilik sisteminin yüzdə-yüz təkrarı deyildi. Əksinə, böyük Atatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün örnək seçən Heydər Əliyevin siyasi modelini sonda qardaş ölkə də qəbul etdi.

“Konstitusiyamız bütün xalqı birləşdirdi. Lakin 2023-cü ilədək ölkəmizdə iki bayraq, iki gerb və iki himn vardı. Ali qanunumuzda yazırdıq: “Respublikamız, torpağımız və xalqımız bölünməzdir”, lakin gerçəkdə separatizmin və işğalın simvolu olan qanunsuzluq hökm sürürdü. Xankəndi Zəfəri konstitusiyamızı da xilas etdi, onu vahidləşdirdi, bütövləşdirdi.

Yeni Konstitusiya iki dövlət çevrilişi cəhdindən, çoxlu sui-qəsdlərdən, yüz minlərlə insanın çadır şəhərciklərindəki ağrılarından keçərək ümumxalq sərvətinə çevrildi. Halbuki belə şəraitdə corc vaşinqtonlar qanun və ali dəyərlər haqda düşünə bilməzdilər.

Ali Qanunumuzun 40 faizinin insan haqlarına aid olduğunu fəxarətlə desək də 20 faizlik natamamlıqdan əziyyət çəkirdik. 1995-ci ildən sonra millətimiz konstitusion yolundan dönmədi. 2005-ci ildəki qanlı inqilablar, bizə ixrac olunan üsul-idarələr parlaq dövlət əsərimizi məğlub edə bilmədi.

Əslində dünyada bütün xalq yığışıb bir qələmlə qanun yazmır. Lakin Vətən müharibəsi və 20 senyabr Suverenlik savaşı Bir millətin, Bir Ordunun və Bir İmzanın yaratdığı ən böyük Qanun Kitabı oldu. 

Heydər Əliyev Konstitusiyası bizə qələbə gətirdi və Zəfər Konstitusiyasına çevrildi. Ona hücum edənlər, idarəçiliyi Tək Adamın hakimiyyəti adlandıranların hamısı uduzdu. İlham Əliyev 8 noyabrda Qarabağın xilaskarı olaraq, ən böyük konstitusion ədaləti təmin etdi.

90-cı illərin Razdan meydanında işğalçılıq ideyaları ilə silahlanan erməni xalqının o vaxt qəbul etdiyi təcavüzkarlıq konstitusiyası indi əsarət buxovuna çevrilib. Vətən müharibəsində Qələbəmizdən sonra İrəvan konstitusiya böhranı yaşayır... 

Şəhidlərimizin yazdığı Qurtuluş və Xilaskarlıq qanunları isə dəyişilməzdir. Ulu Öndərin doğum günü, qalib Konstitusiyamızın 30 ili mübarək olsun!”

Избранный
0
hafta.az

1Источники