Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Ölkə.Az xəbər verir ki, açılış mərasimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər.
Tədbirdə A.Bağırov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında aparılan təmir-bərpa işləri barədə ümumi məlumat verib. Bildirib ki, bina Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası çərçivəsində Gəncə şəhərində vəkil qurumunun fəaliyyətini təmin etmək məqsədilə Kollegiyanın balansına verilib.
Bura əvvəllər Gəncə Şəhər Prokurorluğunun inzibati binası olub və bir hissəsi tarixi mədəniyyət abidəsidir.