RU

Bu futbolçu Türkiyənin ortabab klubundan İtaliya nəhənginə yollana bilər

Bu mövsüm ''Göztəpə''nin heyətində öz oyunu ilə diqqət çəkməyi bacaran Romulo ilə bağlı mühüm bir transfer iddiası ortaya atılıb.

''Football-plus.az'' xəbər verir ki, braziliyalı forvard yeni mövsümə İtaliyada başlaya bilər. Belə ki, A seriyasının iddialı klublarından olan ''Roma'' ona ciddi maraq göstərir.

Romulo İstanbul nəhənglərinin də maraq dairəsindədi. Amma onlar izmirlilərin tələb etdiyi məbləği ödəmək istəmir. ''Atletiko Paranaense''nin yetirməsi olan Romulo fiziki göstəriciləri, mövqe seçimi və son zərbələri ilə diqqət çəkir. 193 sm boya malik olan ''sambaçı'' Türkiyədə ikinci mövsümünü keçirir. ''Göztəpə'' onu 2023-ün yayında icarəyə götürmüş və ötən yay 2,5 milyon avro ödəyərək daimi əsasda transfer etmişdi.

23 yaşlı futbolçu bu mövsüm ''Göztəpə''də 30 rəsmi oyunda aktivinə 15 qol, 9 məhsuldar ötürmə yazıb. Qış transfer dönəmində ona ''Feyenoord'' da ciddi maraq göstərmişdi. Amma ''Göztəpə'' rəhbərliyi rotterdamlıların 7 milyon avroluq təklifini geri çevirmişdi. ''Roma''ya gəlincə, italyanlar tezliklə danışıqlar prosesinə start vermək istəyirlər.

İddialara görə ''Göztəpə'' qarşı tərəfdən ən az 15 milyon avro tələb edir. İtalyanların bu məbləği ödəməyə razılıq verəcəyi gözlənilir. Çünki Romulo özü də ''Roma''ya yollanmağın əleyhinə deyil.

Избранный
0
football-plus.az

1Источники