RU

“Hər şeyə hazırlıq”

İsrailin müdafiə naziri İsrael Katz Yəməndəki husilərlə bağlı paylaşım edərək İranı hücumla hədələyib. Nazir Katz Yəməndəki husilərlə bağlı açıqlamasında İsrailin Beyrut, Qəzza, Dəməşq və Yəməndə etdiklərini Tehranda da edə biləcəyini bildirib.

“Haaretz” xəbər verir ki, Katz husilərin İsrailə hücumlarını davam etdirəcəyi təqdirdə Tehranı hücumla hədələyib.

Husilər mayın 3-də Tel-Əvivin Ben Qurion hava limanı yaxınlığında raket hücumu həyata keçirib. İsrail isə bir neçə gün sonra Yəmənin paytaxtı Sənadakı hava limanını vurub. ABŞ husilərlə atəşkəs əldə edildiyini açıqlasa da, husilər İsrailin bu atəşkəsə daxil olmadığını bildiriblər.

***

Katz bu səhər sosial media platforması “X” hesabındakı paylaşımda “İsrail hər hansı təhlükə və ya düşmənə qarşı özünü müdafiə etməyi bacarmalıdır”, – deyib.

“Husilər bizə atəş açmağa davam edərlərsə, İsraildən ağır zərbələr almağa davam edəcəklər. İsrail ordusu hər hansı bir missiyaya hazırdır”, – deyib.

Husiləri maliyyələşdirib silahlandırdımasında Tehranı günahlandıran Katz, “İran rəhbərliyini xəbərdar edirəm... Siz birbaşa cavabdehsiniz. Beyrutda Hizbullah, Qəzzada Həmas, Dəməşqdə Əsəd, Yəməndə Husilərə etdiyimizi Tehrana da edə bilərik”, – deyib.

Katz mesajında, “Biz heç kimə İsrailə zərər verməyə icazə verməyəcəyik və bizə zərər verən hər kəs ən çox zərər görəcək”, – yazaraq sözlərini yekunlaşdırdı.

Избранный
0
vaxt.az

1Источники