RU

Əsədi İsrail devirib? - Bəyanat

Hurriyyet.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats Tehrana müraciətlə deyib: "Hizbullah", HƏMAS, Əsəd və husilərə etdiklərimizin eynisini sizə edərik". O, Yəməndəki "Ənsar Allah" və ya Livandakı "Hizbullah" kimi bir sıra qrupların İsraili təhdid etməyə və ona hücum etməyə davam edəcəkləri təqdirdə Tehranı ağır nəticələr gözləyəcəyini bəyan edib.

Onun sözlərinə görə, İsrail müstəqil şəkildə özünü istənilən təhlükədən və istənilən düşməndən müdafiə etməyi bacarmalıdır, ona görə də husilərin İsrail ərazisinə hücumlarını davam etdirmək cəhdləri ağır nəticələrə gətirib çıxaracaq.

Nazirin Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan açıqlamasında deyilir: "Husiləri maliyyələşdirən, silahlandıran və idarə edən İran rəhbərliyinə xəbərdarlıq edirəm ki,  vasitəçilikli müharibə sistemi bitib və şər oxu çöküb. Siz birbaşa məsuliyyət daşıyırsınız. Beyrutda "Hizbullah"a, Qəzzada HƏMAS-a,  Dəməşqdə Əsədə, Yəməndə husilərə etdiyimizi Tehranda sizə də edəcəyik". 

Hürr Tərcüman

Избранный
0
hurriyyet.az

1Источники