RU

AİB Bakı metropolitenində yeni yaranan sahələrin inkişafına təkan verəcək

Bakı. Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-nin sədriVüsal Aslanov Asiya İnkişaf Bankının (AİB) Yeni yaranan sahələrüzrə enerji sektorunun direktoru Sindi Tiyankonun başçılıq etdiyinümayəndə heyəti ilə görüşüb.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, görüş Bakımetropoliteninin fəaliyyətində yeni yaranan sahələrin inkişafperspektivlərinin müzakirəsi və birgə əməkdaşlıq istiqamətlərininmüəyyən edilməsi məqsədilə keçirilib.

Müzakirələr zamanı enerji səmərəliliyinin təmin edilməsi,metropoliten infrastrukturunun effektiv istismarı, mütərəqqitexnologiyalar, o cümlədən süni intellekt və data əsaslı qərarlarınqəbul edilməsi ilə səmərəyə nail olmaq üçün yeni konsepsiyanınhazırlanmasını özündə ehtiva edən 3 əsas istiqamətmüəyyənləşdirilib.
Görüşdə, həmçinin atılacaq mərhələli addımların razılaşdırılmasıaparılıb. Həyata keçiriləcək tədbirlər Bakı metropolitenininbeynəlxalq bilik, təcrübə və ekspert mübadiləsindən istifadəetməklə hazırladığı layihələrin texniki-iqtisadi əsaslandırması vətətbiqindən ibarət olacaq.

Qeyd edək ki, 2025-ci ilin sonunadək bir neçə istiqamət üzrəbirgə səmərəli fəaliyyətə başlanılması nəzərdə tutulur.

Məqalədə:
Избранный
0
11
az.trend.az

10Источники