RU

Adambaşına orta hesabla 4,5 qoyun düşən ölkə

Yeni Zelandiyanın Stats NZ statistika agentliyi ölkədəki qoyunların sayı ilə bağlı məlumatları açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamada 5,3 milyon əhalisi olan ölkədə adambaşına orta hesabla 4,5 baş qoyun düşdüyünü bildirilib.

Bildirilib ki, 2024-cü ilin iyun ayına olan məlumata görə, 10 il əvvəllə müqayisədə onların sayında təqribən 6 milyon baş azalma ilə təqribən 23,6 milyon baş qoyunun olduğu qeydə alınıb.

Digər tərəfdən qoyunların sayının əhalinin sayından çox olduğu azsaylı ölkələrdən biri olan Yeni Zelandiyada bu nisbət 1982-ci ildə hər adama 22 qoyuna bərabər olub.

Günel Məlikzadə

Избранный
0
news24.az

1Источники