"Xalq var tarixini yazırlar, Xalq da var öz tarixini özü yazır, məhz onun tarixində yer alan Lidelərinin dövlətçilik xidmətləri sayəsində. 20-ci əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətləri sayəsində Azərbaycan xalqı məhz bu mübariz xalqları arasında öz yerini təsdiqlədi".
Operativ Media xəbər verir ki, bu sözləri deputat Rizvan Nəbiyev Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında deyib.
Çıxışın tam mətnini təqdim edirik:
"Hadisələrə retrospektiv yanaşaraq təhlil etdikdə bir daha aydın olur ki, 2020-ci il Vətən müharibəsindəki Şanlı Zəfərimizə aparan yol Ümummilli Lider Heydər Əliyevin uzaqgörən idarəçiliyindən və dövlətçilik strategiyasının tətbiqindən başlamışdır.
Əgər 31 il əvvəl, elə may ayında Atəşkəs haqqında razılaşma əldə olunmasaydı, ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalanmasaydı. ölkəmizdə nə siyasi sabitlik bərqərar olardı, nə də sonrakı illərdə Dövlətimizin iqtisadi-maliyyə gücü yaranardı, nə də ki hərbi gücümüz formalaşardı.
Bir faktı vurğulamaq istərdim ki, Heydər Əliyevin düşünülmüş strategiyası sayəsində neft, qaz və onların ixrac marşrutlarına dair sazişlər Bakı ilə yanaşı, Kremldə, Ağ evdə, Yelisey sarayında, Donunq strit 10 ünvanlarında imzalandı, bu siyasi ofislərinin bəzilərinin tarixində ilk dəfə idi ki, bu tipli kommersiya xarakterli sazişlər imzalanırdı. Beləliklə, neft müqavilələri həmçinin Azərbaycanın dünya miqyasında tanınmasına, beynəlxalq arenada siyasi-diplomatik münasibətlər yaratmasına təkan verdi. Təsadüfi deyildir ki, Almaniyanın Hamburqdakı Şərq tədqiqatları Mərkəzi 2001-ci ildə “Bakını neft diplomatiyasının mərkəzi” adlandırmışdı.
Şanlı Zəfərimiz nəticəsində Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiyamız dövlətimizin bütün ərazisində tətbiq edilməyə başladı, dövlət orqanlarımız bütün suveren ərazilərimiz də öz yurisdiksiyasını icra etməyə başladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbi və siyasi-diplomatik strategiyası sayəsində Şanlı Zəfərimizdən sonra regionda beynəlxalq hüquqa əsaslanan yeni siyasi reallıqlar yaranmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ən ali vəzifəsi sayılan, beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi, beynəlxalq hüququn hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərini də öz resursları hesabına təmin etdi. Vaxt gələcək, Azərbaycanın uğurlarını həzm edə bilməyən dövlətlər də, Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin qlobal əhəmiyyəti olan bu xidmətini etiraf edəcəklər.
Cənab Prezidentin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi kimi qəbul edilir. Prezidenti İlham Əliyev 7-ci çağırış Milli Məclisin açılış iclasında etdiyi çıxışında vurğuladı ki, “Tarixi Zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəstik. Müstəqil, prinsipial xarici siyasət əsas istiqamətimizdir.” Bu gün Azərbaycanın 25 dövlətlə strateji tərəfdaşlıq münasibətləri var.
Azərbaycanın Qalib dövlət kimi təmsilçiliyi çərçivəsində xarici siyasətin parlament ölçüsü sahəsində də post müharibə dövrünün reallıqlarının təbliği aparılır. Bu kontekstdə Həm ikitərəfli, həm də çoxtərəfli formatda aktiv parlament diplomatiyası vasitəsi ilə verilən töhfələri qeyd etmək istərdim.
Vətən müharibəsindən sonra da Azərbaycan hərbi-sənaye kompleksini müasirləşdirir, Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə də yeni tərəfdaş dövlətlər qazanır.
Prezidentimizin çevik xarici siyasət kursu sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır, Vyetnam Prezidentinin Ölkəmizə səfəri də buna bariz nümunədir.
Azərbaycan Prezidentinin Son bir neçə həftədəki diplomatik fəaliyyətinin qısa icmalı bunu bir daha təsdiqləyir. Artıq beş ildir ki, iki və çoxtərəfli münasibətləri yükləyən işğal faktoru yoxdur. Azərbaycanın yaratdığı yeni status kvonun üstünlüklərinə fokuslanan unikal əməkdaşlıq imkanlarını dəyərləndirən aktorların sayı artmaqdadır.
Avropa İttifaqı 9 ildən sonra ilk dəfə xarici siyasət və təhlükəsizlik məsələlərinə məsul ali nümayəndəsini, yeni siyasi reallıqlar şəraitində əməkdaşlığın inkişafı məqsədi ilə Bakıya göndərdi. Prezident İlham Əliyevin Pekinə yüksək səviyyəli dövlət səfəri çərçivəsində Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması Azərbaycanın siyasi-coğrafi mövqeyinin üstünlüklərindən irəli əməkdaşlığı nəqliyyat, tranzit-loqistika və iqtisadiyyat sahələrində dərinləşdirmək planlarına hesablanıb. İran Prezidenti Pezeşkianın Bakı səfərində regional və ikitərəfli əməkdaşlıq bağlı verdiyi açıqlamalar da yeni status kvonun qəbul edilməsini təsdiqləyir.
Bu günlərin həmçinin 80 il əvvəl İkinci Dünya Müharibənin başa çatması olmasını nəzərə alaraq bir mühüm faktı da vurğulamaq istərdim. Azərbaycan İkinci Dünya Müharibəsində faşizmin dəf edilməsi və qələbənin təmin edilməsində 2 mühüm faktorla tarixdə yerini qazanıb. Cəbhəyə göndərdiyi canlı qüvvə və fövqəladə əhəmiyyət malik neft və neft məhsulları. Amma Sovet Azərbaycanı həm də malik olduğu coğrafi mövqeyi ilə də faşizmin dəf edilməsi və qələbənin təmin edilməsində öz töhfəsini verib. Belə ki, ABŞ-ın 1941-ci ildə qəbul etdiyi Lend-liz proqramı çərçivəsində SSRİ-yə göstərilən 11 milyard ABŞ dollarında məbləğində yardımların 45 faizi “İran və Sovet Azərbaycanı” üzərindən və Azərbaycanın Xəzər dənizindəki sektoru vasitəsi ilə daşınıb. Bu isə bu koridorla daşınan 18 milyon ton yükün 8 milyonu demək idi. Sovet Azərbaycanı üzərindən daşınan hərbi təyinatlı və digər əlaqəli məhsulların sayəsində Sovet İttifaqı 6 diviziyanı ön cəbhədə uzunmüddətli saxlaya bilirdi.
Fəxarət hissi ilə bildirmək istərdim ki, Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının 1-ci Qurultayında Avropadan gələn gənc alimlər arasında mən də yer almışdım. Məşhur kəlamını ilk dəfə səsləndiyi salonda mən də olmuşam, “Mən həmişə fəxr etmişəm ki, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".