RU

Xudat şəhəri,4-cü şöbə adlanan əraziyə ilk dəfə təbii qaz verilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadanolmasının 102-ci ildönümü ərəfəsində Xudat şəhəri, 4-cü şöbəadlanan əraziyə ilk dəfə təbii qaz verilib.

Trend xəbərverir ki, təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdəXaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YeniAzərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri MəhəmmədBalaqadaşov, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinintəmsilçiləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirakediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri təbiiqazın verilməsi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.Həmçinin rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülənişlərdən, həyata keçirilən layihələrdən danışıb.

Qeyd edilib ki, Xaçmaz rayonunda kəndlərin qazlaşdırılmasıistiqamətində işlər davam etdirilir. İlin sonunadək bir neçəyaşayış məntəqəsinin də mavi yanacaqla təmin olunması nəzərdətutulub.

Rəsmi hissədə evlərə qazın verilməsini bildirən rəsmi sənədlərabonentlərə təqdim olunub. Həmçinin, rəmzi məşəl alovlandırılıb,Vətən müharibəsi qazisi Elman Quliyevin mənzilinə ilk dəfə maviyanacaq verilib.

Sakinlər əhalinin sosial problemlərinin həllinə göstərdiyiyüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayaminnətdarlıqlarını ifadə ediblər.

Xudat
Xudat
Xudat
Xudat
Xudat
Xudat
Xudat
Xudat
Xudat
Xudat
Избранный
0
1
az.trend.az

2Источники