RU

AFFA “Şəfa” və “Şahdağ Qusar”ı cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub.

04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” klubu 70 manat cərimə edilsin (maddə 37);

04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununun ilk hissəsi, ikinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəfa” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
 
04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəfa” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
 
04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şahdağ Qusar” komandası 80 manat cərimə edilsin (maddə 52.1);
 
04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 52.2);
 
04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən stadiona vurulmuş zərər “Şahdağ Qusar” komandası tərəfindən ödənilsin (maddə 54);
 
06.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəmkir” – “Füzuli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
 
06.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəmkir” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Füzuli” komandası 100 manat cərimə edilsin (maddə 91);
 
07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 91);
 
07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” oyununun 80-ci dəqiqəsində “Kür-Araz” komandasının 4 nömrəli futbolçusu Nihat Paşayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
 
07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” oyununda “Hypers Guba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilsin (maddə 37);
 
07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” oyununun 67-ci dəqiqəsində “Hypers Guba” komandasının 8 nömrəli futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Hypers Guba” komandası 300 manat cərimə edilsin (madd 40.3);
 
07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Dinamo” – “Göygöl” oyununda “Dinamo” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 37);
 
07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Dinamo” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə adığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 37);

Избранный
0
4
idmanxeber.az

8Источники