RU

Qlobal maliyyə arxitekturası dəyişir- ÖZƏL

ÇİN artıq Qlobal Maliyyə vasitəçisidir

"Son 10 ildə Çin BVF, Dünya Bankı və Paris Klubu ölkələrini geridə qoyaraq inkişaf etməkdə olan ölkələrin ən böyük kreditoruna çevrilib. Bu, qlobal maliyyə arxitekturasını dəyişir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Çinin kreditləri şoklara qarşı bufer yaradır, ölkələrin qlobal maliyyə dövriyyəsindən asılılığını azaldır.
Son 10 ildə Çin inkişaf etməkdə olan ölkələrin ən böyük beynəlxalq kreditoruna çevrilib. Çinin xaricə ölkələrə verdiyo kreditlər 2010-cu ilə qədər 100 milyard dolları ötmürdüsə, daha sonra kəskin şəkildə artmağa başlayaraq 2021-ci ildə 1 trilyon dollara çatmış, 2023-cü ildə isə 800 milyard dollara düşdü. Azalmaya baxmayaraq, 2016-cı ildən Çinin inkişaf etməkdə olan ölkələrə verdiyi kreditlər BVF, Dünya Bankı və Paris Klubunun birlikdə verdiyi kreditlərinin həcmini keçib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники