RU

ÇL matçında bədbəxt olay

Çempionlar Liqasının yarımfinalında keçirilən “İnter” – “Barselona” oyununun final fitindan sonra bir azarkeşin vəziyyəti ağırlaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə TACC agentliyi məlumat yayıb. 40 yaşlı italiyalı fanat matçın son fitindən sonra ürək tutması keçirib. O, dərhal xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib. Fanatın son durumu hələ açıqlanmayıb.

“İnter” “Barselona”nı 4:3 hesabıyla məğlub edərək finala yüksəlib. Komandanın burdakı rəqibi PSJ olacaq. Həlledici görüş mayın 31-də Münhendə olacaq.

Избранный
0
futbolpress.az

1Источники