RU

Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Nəsimi rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının və rayon qurumlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya zamanı rayonun Vaqif prospekti boyunca yerləşən parkların ərazisində və yaşıllıq zolaqlarında 100-dən artıq xan çinarı, Eldar şamı, zeytun ağacları, prospekt boyunca 500-ə yaxın gül kolları və mövsümi çiçəklər əkilib. Eyni zamanda həyata keçirilən aksiya zamanı rayon ərazisində abadlıq işləri aparılaraq, 3000-dən artıq ağaca aqrotexniki qulluq göstərilib.

Ruhiyyə Mehdiyeva
Избранный
0
5
newscenter.az

8Источники