RU

Əli Əhmədov: “Heydər Əliyev xalqı birləşdirib milli gücə çevirə bildi”

Yazını böyüt
Yazını kiçilt

“Heydər Əliyev dahi lider idi. Ona görə ki, heç bir siyasətçiyə müyəssər olmayanı o, ali şəkildə həyata keçirə bilirdi. Xalq Heydər Əliyevi ona görə dahi hesab edirdi ki, heç kəs xalqı öz ətrafında birləşdirə bilməyəndə, o xalqı birləşdirib milli gücə çevirə bildi”.

 Hafta.az xəbər verir ki, bunu deputat Əli Əhmədov Milli Məclisin bu gün “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclasında bildirib.

Deputat Ümummilli Liderin başladığı, apardığı siyasətin özündən sonra da uğurla dava etdiyini vurğulayıb.

O, qeyd edib ki, Heydər Əliyev həm də şanslı siyasətçidir. Çünki onun başladığı siyasi kurs siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Heydər Əliyev sözün əsl mənasında həm demokrat, həm də ədalət mücəssəməsi idi. Ona görə də hər bir azərbaycanlı Heydər Əliyevə qəlbində böyük sevgi bəsləyir. Həqiqətən də Heydər Əliyev daim yaşayacaq, sevgi ilə anılacaq”.

Избранный
0
hafta.az

1Источники