RU

“Turkish Airlines” Pakistana uçuşları ləğv edib

“Turkish Airlines”aviaşirkəti Asiyada vəziyyətlə əlaqədar 8-9 may tarixlərində Pakistana və əks istiqamətə uçuşlar həyata keçirməyəcək.

“Report” xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında bildirilib.

"Asiyada siyasi qeyri-sabitlik səbəbindən 8-9 may tarixlərində İslamabad və Lahora uçuşlarımız ləğv edilib", - məlumatda qeyd olunub.

Beləliklə, İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamətdə altı uçuş həyata keçirilməyəcək.

Şirkətin məlumatına görə, mayın 7-nə qədər bu istiqamətlərə alınmış biletləri əlavə ödəniş etmədən geri qaytarmaq və ya başqa tarixlərə dəyişmək mümkün olacaq.

Избранный
0
3
report.az

4Источники