RU

Ağız yarasını tez sağaltmaq istəyənlər üçün praktik məsləhətlər

Ağız yaraları gündəlik həyatı çətinləşdirən ağrılı bir haldır və adətən 7-10 gün ərzində öz-özünə sağalır. Duzlu su, karbonatlı su, bal və sarıkökkimi təbii üsullar sağalma prosesini sürətləndirir. Antiseptik ağız yaxalayıcıları, yara gelləri və vitamin əlavələri ağız içi sağlamlığını dəstəkləməklə yanaşı infeksiya riskini azaldır. Ağız gigiyenasına diqqət yetirmək, balanslı qidalanmaq, stresi idarə etmək və qıcıqlandırıcı qidalardan uzaq durmaq yaraların qarşısını almağa kömək edir. Əgər yaralar sağalmırsa, həkimə müraciət olunmalıdır. 

 

Pravda.az düzgün müalicə ilə ağız yaralarını tez bir zamanda yüngülləşdirməyin yollarını təqdim edir:


Ağız yarası necə keçər?

 

Ağız yaraları adətən yemək yeməyi, danışmağı və gündəlik həyatı çətinləşdirən haldır. Bu yaralar bir neçə gün ərzində öz-özünə sağala bilər, lakin sağalma müddətini sürətləndirmək və narahatlığı azaltmaq üçün effektiv üsullar mövcuddur. Düzgün qulluq və müalicə ilə ağız yaralarını yüngülləşdirmək mümkündür.

 

Ağız yarasına yaxşı  təsir edən  üsullar:

Duzlu su ilə gündə bir neçə dəfə qarqara edin

Antiseptik ağız yaxalayıcılarından istifadə edin

Aloe vera gelini birbaşa yaraya çəkin

Bal sürtərək həmin yerin nəm qalmasını təmin edin

B12 vitamini və dəmir əlavələri qəbul edin

Yumşaq və qıcıqlandırmayan qidalar yeyin

Turş və acılı qidalardan uzaq durun

Bol su içərək ağız içini nəm saxlayın

Stresi azaltmağa yönəlik fəaliyyətlərə yer verin

 

Ağız yarasına nə yaxşı təsir edir?

 

Ağız yaralarına yaxşı təsir edən üsullar həm ağrını və narahatlığı azaldır, həm də yaranın tez sağalmasına yardım edir. Təbii maddələrlə tətbiq olunan üsullar və ya aptekdə satılan məhsullarla ağız içində yaranan yaraları asanlıqla müalicə etmək mümkündür. Bundan başqa, ağız gigiyenasına diqqət yetirmək və qıcıqlandırıcı qidalardan uzaq durmaq sağalma prosesini dəstəkləyir.

 

Ağız yarasına yaxşı təsir edən təbii vasitələr

 

Ağız yaraları ağrılı və narahatedici olsa da, təbii üsullarla effektiv şəkildə müalicə edilə bilər. Düzgün qulluq və şəfalı maddələrdən istifadə sağalma prosesini sürətləndirərək ağızdakı ağrını azaldır. Ev şəraitində asanlıqla tətbiq edilə bilən bu üsullarla həm yara sağalmasını dəstəkləyə, həm də ağız içi sağlamlığını qoruya bilərsiniz.

 

Duzlu su ilə qarqara

Duzlu su antiseptik xüsusiyyətə malikdir. Yaraları təmizləyir, infeksiya riskini azaldır və sağalmanı sürətləndirir. Bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edib qarışdırın və bu su ilə ağzınızı qarqara edin.

 

Sodalı su ilə müalicə

Sodaağızdakı turş mühiti neytrallaşdırır və iltihabı azaldır. Bir çay qaşığıı sodanıbir az su ilə məhlulhalına gətirib birbaşa yaraya tətbiq edin və ya  sodalı su ilə qarqara edin.

 

Bal və sarıkök qarışığı

Bu qarışıq antibakterial və sakitləşdirici xüsusiyyətləri ilə tanınır. Bir çay qaşığı balı yarım çay qaşığı  sarıköklə qarışdıraraq yaraya çəkin.

 

Soyuq kompres tətbiqi

Ağrını azaltmaq və şişkinliyi yüngülləşdirmək üçün buz parçasını nazik parçaya büküb yanağınızın xarici tərəfinə tətbiq edin.

 

Ağız yarası üçün dərman müalicəsi

Ağız yaralarının müalicəsində istifadə olunan dərmanlar ağrını azaltmaqla yanaşı sağalma müddətini də qısaldır. Ağız  gelləri və kremləri yaraya birbaşa tətbiq edilərək qoruyucu təbəqə yaradır. Antiseptik ağız yaxalayıcıları isə ağız içini təmizləyərək infeksiyaların qarşısını alır. Vitamin və mineral əlavələri, xüsusilə B12, dəmir və sink bu yaraların qarşısının alınmasında və müalicəsində mühüm rol oynayır.

 

Ağız yaralarının qarşısını almaq üçün tövsiyələr

 

Dişləri mütəmadi fırçalamaq və diş ipindən istifadə etmək

Turş və acılı qidalardan uzaq durmaq

B12, dəmir və sink ilə zəngin qidalarla qidalanmaq

Bol su içmək

Stresi idarə etmək

Müntəzəm diş müayinələrindən keçmək

Kimyəvi allergenlərdən uzaq durmaq

Tütün məhsullarından istifadə etməmək

 

Əminə Bayramova

Tarix: 8 May 2025, 12:16   
Избранный
0
pravda.az

1Источники