Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir İshaq Dar İslamabadda keçirdiyi brifinqdə Hindistanın 6 may 2025-ci il gecəsi Pakistan və Azad Cammu və Kəşmirə endirdiyi hərbi zərbələri pisləyib. Dar qeyd edib ki, Hindistanın bu hərəkətləri nəinki Pakistanın suverənliyini pozub, həm də regionda sülh və sabitliyə ciddi təhlükə yaradıb.
Pakistan XİN rəhbəri Hindistanın BMT Nizamnaməsini, beynəlxalq hüququ və dövlətlərarası münasibətlər normalarını kobud şəkildə pozduğunu vurğulayıb. O, Yeni Dehlinin "terror infrastrukturu" iddialarını rədd edərək, Pahalqam hadisəsində Pakistanın iştirakına dair heç bir tutarlı dəlil olmadığını bildirib.
İshaq Dar Hindistan rəhbərliyinin terror hadisəsindən öz siyasi məqsədləri üçün istifadə etdiyini və regionda gərginliyi artırdığını bildirib. Pakistan beynəlxalq ictimaiyyəti Hindistanı məsuliyyətə cəlb etməyə çağırıb.
Tərəflərin iddiaları və vəziyyət
Pakistan iddia edir ki, Hindistanın zərbələri nəticəsində 31 nəfər həlak olub, 57 nəfər yaralanıb.
Hindistan isə de-fakto sərhəd xətti boyunca Pakistanın atəşi nəticəsində ən azı 15 mülki şəxsin öldüyünü bildirib.
Pakistan Baş naziri Şəhbaz Şərif Hindistanın təyyarələrini vurduqlarını və bunun "cavab tədbiri" olduğunu açıqlayıb. Hindistan bu iddianı təsdiq etməyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта