Tramp ABŞ-ın nasist rejimi üzərində qələbədə həlledici rol oynamasında israr etməkdə davam edir.Bu barədə Ulysmedia.kz xəbər verir.ABŞ prezidenti Donald Tramp Çindəki yeni səfirinin andiçmə mərasimində deyib ki, Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsində faşizmi məğlub etməkdə “hakim güc” olub. Eyni zamanda o qeyd edib ki, “Rusiya böyük itkilərə və müharibədə əhəmiyyətli rol oynamasına baxmayaraq, ABŞ kimi həlledici amil deyil.. “Kommersant” Amerika liderinin sözlərindən sitat gətirir: “Bu günü bizdən başqa hamı bayram edir”.
Tramp bundan öncə 8 may tarixini İkinci Dünya Müharibəsində Qələbə Günü elan edən bəyannamə imzalamış və amerikalıları nasist rejiminə qarşı döyüşlərdə həlak olan 250 mindən çox Amerika əsgərinin xatirəsinə hörmət etməyə çağırmışdı. Onun sözlərinə görə, Amerika əsgərlərinin itkiləri olmasaydı, müharibənin nəticəsi başqa cür ola bilərdi.
Surxay Əliyev