RU

“İnter”in azarkeşi “Barselona” ilə matçda ürək tutması keçirib

İtaliyanın “İnter” komandası ilə İspaniyanın “Barselona” klubları arasında Çempionlar Liqasının final mərhələsinin ikinci yarımfinal matçında azərkeşlərdən birinin ürəyi dayanıb. AzPost ilfattoquotidiano.it-ə istinadla xəbər verir ki, “İnter” azarkeşi stadionun çıxışına doğru gedərkən özünü pis hiss edib.

Kişinin dəqiq yaşı göstərilməsə də, onun 40 yaşdan yuxarı olduğu bildirilir. O, yıxıldıqdan sonra ona ilkin tibbi yardım göstərilib və vəziyyəti stabilləşib.

Ardınca fanat komaya düşüb və daha sonra Milanda xəstəxananın reanimasiya şöbəsinə aparılıb.

“İnter” ev matçında əlavə vaxtda qalib gəlib. İtaliya komandasının futbolçuları dörd, rəqibləri isə üç qol vurub.

Избранный
0
azpost.info

1Источники