Bakı, 8 may, AZƏRTAC
İngiltərənin “Tottenhem” komandasının futbolçusu Ceyms Meddison sıradan çıxıb.
AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsində Norveçin “Budyo Qlimt” kollektivi ilə keçirilmiş ilk oyunda dizindən zədə alan yarımmüdafiçi mövsümün qalan hissəsində London təmsilçisinə kömək edə bilməyəcək. Bu barədə baş məşqçi Ange Postekoqlu məlumat verib.
Komandalar arasında ilk görüş İngiltərə komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da təşkil olunacaq.