RU

İmamoğlunun X-hesabının bloklanması ilə bağlı İstanbul Prokurorluğu AÇIQLAMA YAYDI

Türkiyədə Əkrəm İmamoğlunun X-hesabına giriş bağlanıb.

İnterpress.az xəbər verir ki, bununla bağlı İstanbul Respublika Prokurorluğu məlumat yayıb.

“Həbs edilən İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ilə bağlı istifadə etmədiyi X hesabından yazılan yazıların onun qurduğu cinayət təşkilatının təbliğatı olduğu və istintaq altında olan cinayətlər təşkil etdiyi müəyyən edilib.

Araşdırmanın nəticələrinə əsasən, bütün hesaba girişin bloklanması barədə qərar qəbul edilmədən pozuntu ilə bağlı məzmuna girişin bloklanmasının texniki cəhətdən mümkün olmadığını nəzərə alaraq, bütün hesaba girişin bloklanması barədə qərar qəbul edilib”, – məlumatda bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

 

Избранный
0
interpress.az

1Источники