RU

Azərbaycanda oynamış futbolçu milli komandanı boykot etdi

“Keşlə”nin (indiki “Şamaxı”) sabiq futbolçusu Ebrima Sohna Qambiya millisinin oyunlarını boykot etdiyini açıqlayıb.

Msport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Qambiya Futbol Federasiyasının hazırkı rəhbərliyi istefa verənədək qurumun bütün fəaliyyətini boykot etmək qərarına gəldim. Hazərlə rəhbərlik lazımi futbol infrastrukturunu təmin edə bilməyərək, bir dənə də olsun yeni meydança tikməyib, çoxsaylı uğursuz layihələr gerçəkləşdirib. Özlərini ölkə üçün qurban vermiş qambiyalı futbolçulara və əfsanələrə açıq-aşkar etinasızlıq nümayiş etdirir.

Federasiya rəhbərliyi dəyişdirilənə qədər mən milli komandanın heç bir oyununu izləməyəcəyəm və onları dəstəkləməyəcəyəm.”

Qeyd edək ki, Sohna 2018/2019 mövsümündə “Keşlə”də çıxış edib.

Избранный
0
msport.az

1Источники