RU

Spiker: “Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı reallığa çevriləcək"

“Azərbaycan öz hüquqlarını bərqərar etmək üçün beynəlxalq hüquq çərçivəsində necə hərəkət etməli lazım olduğu baxımından bütün dünyaya da nümunə göstərdi. Bu gün cənab Prezidentin rəhbərliyi və Mehriban Əliyevanın fəal iştirakı ilə biz azad Qarabağda və Şərqi Zəngəzurda geniş miqyasda bərpa və quruculuq işləri həyata keçirilir. Şəhər və kəndlər bərpa olunur, məcburi köçkün soydaşlarımız ata -baba yurdlarına qaytarılır”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan davamlı inkişaf yolunda davam edərək yeni tarixi qələbələrə imza atacaqdır:

"Əminliklə söyləyirik ki, möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın doğma yurda qaytarılması kimi ümummilli məqsədi də gerçəyə çevirəcək".

Günay Şahmar, Bizim.Media

Избранный
0
bizim.media

1Источники