“Sabah”ın hücumçusu Pavol Şafranko Misli Premyer Liqasının 34-cü turunun “Şamaxı” ilə qarşıdakı oyununu buraxmayacaq.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, halbuki slovakiyalı forvardın bu görüşdə meydana çıxmayacağı ehtimal edilirdi.
30 yaşlı futbolçu “Araz-Naxçıvan”la (1:1) görüşün 21-ci dəqiqəsində əvəzlənmişdi. Amma onun zədəsinin ciddi olmadığı üzə çıxıb.
Şafrankonun qarşıdakı matçda iştirak edə biləcəyi gözlənilir.
İdman.biz