RU

Bakının mərkəzində məşhur restoran sökülür - Plana düşüb - FOTO

Məşhur Şəki restoranı sökülür.

Milli.Az xəbər verir ki, Bakı şəhəri Nərimanov rayonunda yerləşən tanınmış "Şəki" restoranının söküntüsünə başlanılıb. Artıq restoran tam boşaldılıb və daxili söküntü işləri aparılır.

Tezliklə restoranın tamamilə söküləcəyi bildirilir.

Qeyd edək ki, söküntü işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.

"Şəki" restoranı ərazidə çəkiləcək tunelin tikintisinə mane olduğu üçün sökülür. Eyni zamanda restorana bitişik olan daha bir neçə tikilinin də sökülməsi nəzərdə tutulur. 

Mehman Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
0
7
milli.az

8Источники