RU

Azərbaycanda klubun təsisçiləri dəyişdi - Bəs niyə rəsmi açıqlama verilmir?

«Kəpəz»in təsisçiləri artıq rəsmən dəyişib. Ədliyyə Nazirliyi bununla bağlı klubun müraciətini qeydiyyata alıb. Buna əsasən, artıq «sarı-göylər»in AFFA və İsgəndər Cavadova heç bir aidiyyatı qalmayıb. Dəyişikliyə görə, səhm paketi Dubayda fəaliyyət göstərən şirkətin adına keçib.
Hüquqi prosedur, əslində, bir müddət əvvəl tamamlanıb. Yeni himayədarın hələlik üzə çıxmaması və İdarə Heyətinin tərkibinin açıqlanmaması boş-boşuna deyil. İş ondadır ki, onlar «Kəpəz»in Premyer Liqada yerini rəsmən təmin etməsini gözləyirlər. Bu, baş verən gün, ya da ertəsi gün həmin bəyanla ictimaiyyətin görüşünə gələcəklər.
Premyer Liqada sezonun başa çatmasına 3 tur qalıb. Gəncə təmsilçisi son sıradakı «Səbail»i 7 xal qabaqlayır. «Kəpəz»in sponsorları yenə də tələsmək istəmir. Necə deyərlər, ehtiyat igidin yaraşığıdır.
SPORTİNFO.AZ

Избранный
0
sportinfo.az

1Источники